Moskva vilayətinin Domodedovo şəhərində şahidlər azı beş partlayış səsi eşidiblər
Ucnoqta.az xəbər verir ki, hadisə şahidlərinin SHOT-a verdiyi məlumata görə, təxminən 15 dəqiqə əvvəl Domodedovo sakinləri şəhər üzərində 3-4 partlayış səsi eşidiblər. Göydə parıltılar görünüb. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi Moskvaya uçan pilotsuz uçan aparatı məhv edib. Təcili yardım xidmətləri dağıntılar yerində işləyir", - Sergey Sobyanin bildirib.
Rosaviatsiya xəbər verir ki, paytaxtın Jukovski və Domodedovo hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.