ABŞ dövlət katibi Marko Rubio ABŞ diplomatik nümayəndəliklərinin İraqa qayıtmasına icazə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Temmi Bryus jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Katib Rubio ABŞ-ın İraqdakı missiyalarının, o cümlədən ABŞ-ın Bağdaddakı səfirliyi və Ərbildəki Baş Konsulluğun əməkdaşlarının icazəli çıxış statusunu ləğv etmək qərarına gəlib.
Müvəqqəti olaraq İraqdan kənara köçürülən heyət tədricən geri qayıdacaq” - Bryus deyib.
ABŞ diplomatlarının İraqdan qismən təxliyə edilməsi qərarı iyun ayında İsrail və İran arasında münaqişənin kəskinləşməsi fonunda regionda təhlükəsizlik risklərinin artması səbəbindən qəbul edilib.