ABŞ prezidenti Donald Tramp “Coca-Cola” şirkəti ilə ABŞ-da onun qazlı içkisinin reseptini dəyişmək və onun istehsalında qarğıdalı siropu əvəzinə əsl qamış şəkərinin istifadə edilməsi barədə razılığa gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.
"Mən ABŞ-da Coca-Cola-da əsl qamış şəkərindən istifadə etmək üçün Coca-Cola ilə danışıqlar apardım və onlar razılaşdılar. Coca-Cola-nı idarə edən hər kəsə təşəkkür etmək istəyirəm, bu, onlar tərəfindən çox yaxşı qərardır. Görəcəksiniz, bu, belə daha yaxşı olacaq" - Tramp qeyd edib.