İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları bu gün səhər tezdən Suriya hökumətinin ölkənin şimal-qərbindəki bazalarına zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarə Latakiya şəhəri yaxınlığında (Dəməşqdən 320 km məsafədə) 132-ci motoatıcı briqadanın dislokasiya ərazisinə hücum edib. Bundan əlavə, Cebladakı 107-ci Zirehli Briqadanın bazasına da zərbələr endirilib. Hava hücumlarının nəticələri və itkilər barədə təfərrüatlar verilmir.