Tramp özünü dünyanın imperatoru hesab etməməlidir - Lula da Silva

00:19 - 18 İyul 2025 - DÜNYA

Amerikalı seçicilər 2024-cü il seçkilərində ABŞ-ın hazırkı lideri Donald Trampı seçiblər ki, o, bütün dünyanın imperatoru kimi yox, Ağ Evin rəhbəri vəzifəsini icra etsin.

Ucnoqta.az xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasiu Lula da Silva CNN International-a müsahibəsində deyib.

“Biz imkan verməməliyik ki, prezident Tramp ABŞ-ı idarə etmək üçün seçildiyini unutsun, nəinki bütün dünyanın imperatoru”, – o, bildirib.

Braziliya lideri bildirib ki, ABŞ prezidenti 200 ildir mövcud olan ikitərəfli münasibətləri məhv edir. Bundan əvvəl Tramp avqustun 1-dən Braziliya mallarına 50%-lik rüsumların tətbiq ediləcəyini açıqlamışdı.

Eyni zamanda, Braziliya administrasiyasının rəhbəri əvvəllər Ağ Evin tariflərlə bağlı qərarından geri çəkilməyəcəyi təqdirdə eyni cür cavab verəcəyini vəd etmişdi.

Xəbər xətti