Qadına 258 bıçaq zərbəsi vurub, sonra körpəsi ilə selfi çəkdirdi

21:05 - 17 İyul 2025 - HADİSƏ

Haaqa məhkəməsi birgə yaşadığı qadına 258 bıçaq zərbəsi vurmaqda təqsirləndirilən 24 yaşlı Arnold O.-nun işinə baxır.

Ucnoqta.az xəbər verir ki, bu barədə NL Times məhkəmə materiallarına istinadən məlumat yayıb.

Hadisə 2024-cü il iyulun 18-də Zoetermeer şəhərində baş verib. İttiham tərəfinin dediyinə görə, hücumdan sonra şübhəli şəxs hadisə yerinin qarşısında qadının iki həftəlik körpəsi ilə selfi çəkdirib. Körpəyə fiziki zərər dəyməyib.

Prokurorluq məcburi psixiatrik müayinədən keçməklə 10 il həbs cəzası istəyir. Ekspertlər təsdiqləyiblər ki, təqsirləndirilən şəxsin çoxsaylı psixi pozğunluqları var və residiv riski yüksəkdir.
Həmin şəxs əvvəllər zərərçəkənə qarşı zorakılıqda ittiham olunub.

Xəbər xətti