İsmayıllıda "yaşıl soyqırım" - ŞOK GÖRÜNTÜLƏR (YENİLƏNİB)

12:53 - 22 İyul 2025 - ÖLKƏ İÇİ

İsmayıllı rayonunda ağacların kütləvi kəsilməsi ilə bağlı məlumat vermişdik

İsmayıllı İcra Hakimiyyətindən Ucnoqta.az-a daxil olan məlumata görə, Meşələrin İnkişafı Xidmətinin 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən İsmayıllı RİH-ə təqdim olunan arayışa əsasən bildiririlir ki, sözügedən ərazi Mərkəzin Qalınçaq meşəbəyliyinin 3 saylı meşə dolayının 15-ci kvartalının ərazisinə aid olmaqla 2025-ci ilin istifadəsi üçün ayrılmış xidməti (sanitar) qırma sahəsidir:
"Qırma sahəsindən oduncaq tədarük edilərək həmin dolayda yaradılmış saxlanma anbarına daşınır və meşə məhsullarının buraxılış orderi əsasında dəyəri əvvəlcədən ödənilməklə qanunamüvafiq qaydada satışı həyata keçirilir. Videoda səsləndirilən məsələlərin araşdırılması məqsədilə Mərkəzin əməkdaşları tərərfindən həmin ərazidə araşdırma aparılan zaman heç bir qanun pozuntusu müşahidə olunmamışdır.

Hazırda 2025-ci ilin istifadəsi üçün ayrılmış xidməti qırma sahələrindən oduncağın tədarükü və satışı qanunamüvafiq qaydada davam etdirilir".

20.07.2025/ 00:07

İsmayıllı rayonu Buynuz kəndi yaxınlığında ağaclar kütləvi kəsilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, görüntülərdə meşədə 100-dən çox ağacın kəsilərək, doğrandığı məlum olur.

Xəbər xətti