İranda İsrailin Evin həbsxanasının binasına endirdiyi zərbədən sonra qaçan 75 məhbusdan 48-i geri qayıdıb.
Ucnoqta.az xəbər verir ki, İRNA agentliyinin məlumatına görə, bunu İran məhkəmə sisteminin rəsmi nümayəndəsi Əsgər Cahangir bildirib.
27 məhbusun itkin düşdüyü qeyd edilir. Cahangir vurğulayıb ki, özlərini göstərməsələr, yaxın günlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları onları geri qaytaracaqlar.
Onun sözlərinə görə, bu şəxslər arasında ağır cinayətlər və təhlükəsizlik əleyhinə cinayətlər törətmiş casuslar və cinayətkarlar yoxdur.
Cahangir bildirib ki, İsrailin Evin həbsxanasına hücumu nəticəsində 71 nəfər ölümcül xəsarət alıb.