Fici sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 77 minə yaxın insanın yaşadığı ada respublikasının paytaxtı Suva şəhərindən 617 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 535 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.