Ucnoqta.az
www.ucnoqta.az

Fici sahillərində 5,6 bal gücündə zəlzələ baş verib

08:10 - 23 İyul 2025 tarixində dərc olunub.

Fici sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 77 minə yaxın insanın yaşadığı ada respublikasının paytaxtı Suva şəhərindən 617 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 535 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası