"Qarabağ" bu gün Çempionlar Liqasına start verir

11:08 - 23 İyul 2025 - İDMAN

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayır.

Ucnoqta.az xəbər verir ki, Ağdam klubu turnirin 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə qarşılaşacaq. Oyun Dublindəki “Tolka Park” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Oyunun hakimləri:
– Baş hakim: Ante Çulina
– Yan xətt hakimləri: Luka Puşiç, İvan Mihali
– Dördüncü hakim: Mateo Erceq
– VAR: Mario Zebec
– AVAR: Tixomir Pejin (hamısı Xorvatiyadandır)

Cavab oyunu iyulun 30-da Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Bu görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) duelinin güclüsü ilə qarşılaşacaq.

Xəbər xətti