Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: Leysan, şimşək

20:10 - 23 İyul 2025 - ÖLKƏ İÇİ

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata əsasən, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.

Xəbər xətti