Cavid Qurbanovun oğluna yüksək vəzifə verildi

21:28 - 23 İyul 2025 - Xəbər

Baş Prokurorluqda yeni kadr təyinatı olub.

"Unikal”ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Şəmşir Şəmşirli Baş Prokurorluqda böyük köməkçi vəzifəsinə təyin edilib. 

Ş. Şəmşirli bu təyinatadək Bakı şəhər Prokurorluğunda çalışıb. 
Qeyd edək ki, Şəmşir Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğludur.

Xəbər xətti