Qaraciyərin yağlanmasını göstərən ƏLAMƏTLƏR

06:12 - 21 Fevral 2024 - Cəmiyyət

Yorğunluq, ürəkbulanma, iştahsızlıq, kilo itkisi, qarın ağrısı, çaşqınlıq və diqqətsizlik kimi problemlərin qaraciyər yağlanmasına işarə ola biləcəyi vurğulanır. 

Qaraciyər hüceyrələrində yağ yığılması səbəbiylə meydana gələn yağlı qaraciyər xəstəliyi, yaratdığı təsirlərə görə ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Ucnoqta.az xəbər verir ki, türkiyəli həkim dr. İlksoy İkibiroğlu piylənmə, insulin müqaviməti, hərəkətsizlik və qidalanma kimi faktorların səbəb ola biləcəyi qaraciyər yağlanması ilə bağlı əhəmiyyətli xəbərdarlıqlar edib.
Qaraciyərin qəbul edilən bütün qidaları idarə etdiyini, zərərli maddələri ayırdığını, qanla qarışmasının qarşısını aldığını və xaric olmasını təmin etdiyini söyləyən  İlksoy İkibiroğlu qaraciyərin insanın ümumi sağlamlıq vəziyyətini qoruduğunu qeyd edib. Sağlam qaraciyər həyat keyfiyyətini yaxşılaşdırır. “Qaraciyərin yağlanması qaraciyərin sağlamlığı üçün təhlükə yaradan xəstəliklərdən biridir.

Qaraciyərin yağlanmasına işarə edən əsas simptomların yorğunluq, ürəkbulanma, iştahsızlıq, kilo itkisi, qarın ağrısı, çaşqınlıq və diqqətsizlik kimi problemlər olduğunu söyləyən mütəxəssis davamlı halsızlıq və yorğunluğun əhəmiyyətli əlamətlər olduğunu vurğuladı. 

 “Qaraciyər yağlanmasına işarə edən bu əsas simptomlara əlavə olaraq; "Ağız qoxusu və bədən qoxusu, şişkinlik, hemoroid, bədən istiliyinin artması, gözlərdə və ovuclarda qızartı, dəridə qaşınma və səpgilər kimi simptomlar da qaraciyər yağlanmasını ağla gətirməlidir" - dr. İkibiroğlu deyir. 
Qaraciyər yağlanmasının erkən mərhələdə diaqnoz qoyulması sağalma prosesi üçün çox əhəmiyyətlidir. 
“Qaraciyər özünü yeniləyə bilən bir orqandır. Ona görə də erkən diaqnozla sağalma prosesi uğurlu və qısa olacaq. Spirt istifadəsinin məhdudlaşdırılması və çəki nəzarəti ən təsirli tədbirdir. Lazım gələrsə pəhrizdə dəyişiklik edilməlidir. Həddindən artıq kalori ehtiva etməyən, doymuş və trans yağları az olan qida ilə zəngin bir pəhriz yemək lazımdır” İkibiroğlu vurğulayıb.

Xəbər xətti