Polis aktyorun çantasında narkotik tapdı

17:19 - 20 Fevral 2024 - Xəbər

Polis əməkdaşları Moskvanın Belorusski vağzalında saxlanılan aktyor Vasili Prokopyevin üzərindən bir çanta sintetik narkotik aşkar ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

Məlumata görə, Moskva-Belorusskaya stansiyasında 1991-ci il təvəllüdlü Vasili Andreeviç Prokopyev sərxoş vəziyyətdə tapılıb. Şəxsi axtarış zamanı onun üzərindən çəkisi 0,11 qram olan naməlum maddə olan polietilen torba aşkar edilib.

Müayinə zamanı qablaşdırmada olan maddənin mefedronun törəməsi olduğu müəyyən edilib.

Qeyd edək ki, Prokopyev "Qromovlar", "Xalqlar atasının oğlu" seriallarında, "Ata", "Krujevaçı" filmlərində rol alıb.

Xəbər xətti