Prezident seçkilərində son seçici fəallığı açıqlanıb

21:55 - 7 Fevral 2024 - Xəbər

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 19:00-a olan son seçici fəallığı açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, saat 19:00-a qədər respublika üzrə 4 milyon 971 min 32 nəfər səs verib. Seçici fəallığı 76,73 faiz olub.

125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsindən 6522-i hesabat verib.

Xəbər xətti