Sahibə Qafarova səs verdi

11:09 - 7 Fevral 2024 - Xəbər

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

Ucnoqta.az xəbər verir ki, məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.

Səhər saatlarından etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin yüksək fəallığı müşahidə olunur.

Məntəqədə 1493 seçici qeydiyyatdadır, onlardan 26 nəfəri qeydiyyatdan çıxma vərəqəsi alıb.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir.

Xəbər xətti