Seçkilərin ilkin nəticələri nə vaxt AÇIQLANACAQ?

09:44 - 7 Fevral 2024 - Xəbər

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinin açıqlanacağı vaxtı elan edib.

Ucnoqta.az xəbər verir ki, Məzahir Pənahov ilkin nəticələrin saat 21:00-da elan edilə biləcəyini deyib.

"Bütün təcrübəmizdən irəli gələrək deyə bilərik ki, saat 21:00-da ilkin nəticələri elan edəcəyik", - sədr bildirib.

MSK sədri qeyd edib ki, fevralın 9-da isə qeyri-rəsmi nəticələri elan edəcəklər:

"Daha sonra isə biz seçkilərə yekun vuracağıq və protokolları hazırlayacağıq. Bundan sonra isə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərəcəyik".

Xəbər xətti