“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson ən bahalı yarış atının sahibi olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
"Caldwell Potter" adlı at "Tattersalls Ireland"da açıq hərracda alınıb və 2019-cu ildə 620 min funt-sterlinq olan əvvəlki rekordu üstələyərək 634.000 funt-sterlinqə alınıb.
82 yaşlı Ferqyuson digər atı Hermes Allen Sandaundakı yarış zamanı zədələndikdən sonra bu alışı edib.