İspaniyanın "Betis" futbol klubunun portuqaliyalı yarımmüdafiəçisi Uilyam Karvalyo cinsi təcavüzdə ittiham olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb.
Məlumata görə, fevralın 6-da səhər saatlarında Karvalyo ifadə vermək üçün Sevilya məhkəməsinə gəlib. Futbolçuya qarşı edilən şikayətə görə, Karvalyo İbizada yaşayan qadını Sevilyaya dəvət edib, sonra onu gecə klubuna aparıb. Ertəsi gün ona zorakılıq edilib.