Xəbər verdiyimiz kimi, iki gün öncə Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə yaralanıb.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan universitetləri səhifəsi Şahin Həsənli ilə bağlı məlumat əldə edib.
Məlumata görə, Həsənəli Bakı Dövlət Universitetinin Politologiya fakültəsinin məzunudur. O BDU-nu ortalama 90+ balla fərqlənmə diplomu ilə bitirib. Şahin Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul alsa da, təhsilini davam etdirməyib.
Qeyd edək ki, Həsənəlinin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.