"Toyota Motor" altı fabrikdə fəaliyyətini dayandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bu, yolların bağlanması nəticəsində ehtiyat hissələrinin və digər materialların təchizatının pozulması ilə bağlıdır. Çərşənbə axşamı axşamdan etibarən fabriklərin mümkün qədər tez fəaliyyətini bərpa edəcəyi gözlənilir.
Pis hava şəraitinin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Tokioda avtomobil və dəmir yolu hərəkəti hələ də normallaşmayıb.