Yaponiyanın aparıcı avtomobil konserni "Toyota Motor" podratçısı "Toyota Industries Corporation" tərəfindən dizel mühərrikinin gücü ilə bağlı məlumatların saxtalaşdırılması səbəbindən Yaponiyada yerləşən dörd zavodda altı istehsal xəttinin dayandırılmasını fevralın 9-dək uzadmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı mənbələrə istinadən məlumat yayıb.
Daha əvvəl Kyodo agentliyi istehsalın dayandırılmasının fevralın 5-dək uzadılacağını bildirmişdi.
Yanvarın 29-da "Toyota Motor" sertifikatlaşdırmada pozuntu aşkar edən mühərrikləri olan 10 modelin tədarükünü dayandıracağını bildirmişdi. Onların arasında "Land Cruiser 300 SUV" və "Hilux" pikap kimi məşhur avtomobillər var.