Ucnoqta.az
www.ucnoqta.az

"Toyota" 4 zavodda istehsalın bağlanmasını yenidən uzadıb

11:46 - 5 Fevral 2024 tarixində dərc olunub.

Yaponiyanın aparıcı avtomobil konserni "Toyota Motor" podratçısı "Toyota Industries Corporation" tərəfindən dizel mühərrikinin gücü ilə bağlı məlumatların saxtalaşdırılması səbəbindən Yaponiyada yerləşən dörd zavodda altı istehsal xəttinin dayandırılmasını fevralın 9-dək uzadmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı mənbələrə istinadən məlumat yayıb.

Daha əvvəl Kyodo agentliyi istehsalın dayandırılmasının fevralın 5-dək uzadılacağını bildirmişdi.

Yanvarın 29-da "Toyota Motor" sertifikatlaşdırmada pozuntu aşkar edən mühərrikləri olan 10 modelin tədarükünü dayandıracağını bildirmişdi. Onların arasında "Land Cruiser 300 SUV" və "Hilux" pikap kimi məşhur avtomobillər var.

Müəllif: Ucnoqta.az redaksiyası