Fövqəladə Hallar Nazirliyi daha bir qanunsuz tikintini söküb.
Ucnoqta.az xəbər verir ki, Badamdar qəsəbəsində yerləşən “Luxury Life” hotelinin ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb.