Ucnoqta.az
www.ucnoqta.az

Otelin ərazisindəki tikili söküldü

10:48 - 25 Yanvar 2024 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyi daha bir qanunsuz tikintini söküb.

Ucnoqta.az xəbər verir ki, Badamdar qəsəbəsində yerləşən “Luxury Life” hotelinin ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb.

Müəllif: Ucnoqta.az redaksiyası