Qarabağda fəaliyyətimiz davam edir - BQXK

14:38 - 17 Oktyabr 2023 - Cəmiyyət

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda Qarabağda fəaliyyətini davam etdirir.

APA xəbər verir ki, bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, BQXK əməkdaşları Xankəndi və ətraf ərazilərdə fəaliyyətini davam etdirir: "Bizim orada olan əməkdaşlarımız ev-ev gəzir. Çünki biz ailələrin qovuşması yönündə işlər görürük. Ehtiyacı olan insanları evakuasiya edirik. Bu həm ailə qovuşması səbəbindən ola bilər, həm də tibbi səbəbdən. Ehtiyacı olan insanların təminatına köməklik edirik".

Xəbər xətti