1
İraqın şimalında Kesta kəndinin qərbində terrorçu PKK-ya qarşı keçirilən əməliyyat nəticəsində 4 terrorçu zərərsizləşdirlib, biri yaralanıb.
Ucnoqta.az Haber7-yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"İraqın Şimalında Andac bölgəsində isə terrorçulara aid silah-sursat anbarı məhv edilib", – məlumatda bildirilib.
