4
Suriya ordusunun hərbçiləri və könüllülər terrorçuların paytaxt Dəməşqdən 220 kilometr məsafədə yerləşən Maan şəhərinə hücumunu dəf edib. Bu barədə "SANA" agentliyi xəbər yayıb.
Məlumata görə, "Cəbhət Fəth əş-Şam" terror qruplaşmasının silahlıları hökumət qüvvələrinin Atşan və Umm-Harateyn yaşayış məntəqələrindəki hücum ediblər. Suriya hərbçiləri döyüş zamanı 50-dən çox terrorçunu məhv edərək, silahlıları geri çəkilməyə vadar ediblər.
Bununla yanaşı, terrorçuların 8 hərbi maşını da sıradan çıxarılıb.
Eyni zamanda, bir qrup İŞİD terrorçusu da Livanla sərhəddə pusquya salınaraq məhv edilib.
