41
Səkkizqat “Qızıl top” sahibi və 2022-ci il dünya çempionu, argentinalı futbolçu Lionel Messi atasının vida mərasimi zamanı ailəsinin şəxsi həyatına müdaxilə edən yerli KİV-lərlə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Fran Kasaretto X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Kasaretto qeyd edib ki, Messi Xorxe Messinin vida mərasimi zamanı ailənin şəxsi həyatını pozan Argentina KİV-lərinə qarşı hüquqi tədbirlər görəcəyini təsdiqləyib.
