45
Yaponiya Müdafiə Nazirliyi piratlara qarşı beynəlxalq əməliyyatlarda iştirak etmək üçün Ədən körfəzi bölgəsinə ən yeni P-1 müşahidə təyyarəsini göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarə Tokionun daimi hərbi bazasının yerləşdiyi Afrikanın şimal-şərqindəki Cibutidə yerləşdiriləcək.
P-1 Yaponiyanın istehsalı olan reaktiv təyyarədir. O, sualtı qayıqların və yerüstü gəmilərin müşahidəsi üçün nəzərdə tutulub. Təyyarə fasiləsiz olaraq 10 saatdan çox patrul həyata keçirə bilir.
Bu təyyarələr 2013-cü ildən Yaponiyanın Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilməyə başlayıb. Hazırda Yaponiyanın 40 belə təyyarəsi və ABŞ istehsalı olan daha 24 köhnə P-3C təyyarəsi var.
