44
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyəti ilə məşğul olan qurumların 3–9 avqust tarixlərində həyata keçirdiyi əməliyyatların nəticələri açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Ucnoqta.az-a verilən məlumata görə, ötən həftə azad edilmiş ərazilərdə 87 piyada əleyhinə mina, 20 tank əleyhinə mina və 784 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Hesabat dövründə ümumilikdə 1581 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
