21
Şotlandiyanın Qlazqo şəhərinin qərbində avtomobilin piyadaları vurması nəticəsində 7 nəfər xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az bildirir ki, şəhər polisinin məlumatına görə, xəsarət alanlar tibbi yardım və müayinə üçün xəstəxanaya aparılıb. Hadisə yerinə gələn həkimlər avtomobilin sürücüsünü də müayinə ediblər.
Yaralıların vəziyyəti barədə hələlik məlumat verilməyib. Polis hadisəni yol-nəqliyyat hadisəsi kimi qeydə alıb.
