25
İsrail ordusu Suriyanın Dəməşq şəhərindən 46 kilometr cənub-qərbdə, Hermon dağının yamaclarında yerləşən Beyt-Cən yaşayış məntəqəsinin ətrafını artilleriya atəşinə tutub.
Ucnoqta.az xəbər verir ki, SANA agentliyinin məlumatına görə, mərmilər Cürət əl-Luz bölgəsinə düşüb. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, atəş nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb, yalnız maddi ziyan qeydə alınıb.
Qeyd olunur ki, əvvəllər bu dağlıq ərazidə radikal Fələstin qruplaşmalarının üzvləri fəaliyyət göstərib. Hermon dağ massivinə nəzarət edən İsrail hərbçiləri həmin ərazidə sonuncu dəfə sentyabrın 13-də əməliyyat keçirərək təmizləmə aparıblar.
