Fransa hökuməti və Silahlanma üzrə Baş İdarə (DGA) Dixi Microtechniques müdafiə müəssisəsinin çex milyarder Mixal Strnada satılmasına qarşı çıxacaq.
Ucnoqta.az bildirir ki, bu barədə Les Echos qəzeti yazır.
Bəsançon şəhəri yaxınlığında yerləşən şirkət müxtəlif sursatlar üçün komponentlər istehsal edir. Qəzet qeyd edir ki, o, “KNDS müdafiə konsernin əsas təchizatçısı” və bir sıra digər Avropa silah istehsalçılarının tədarükçüsüdür. Şirkətin çex milyarder tərəfindən alınmasına ilk növbədə Fransanın hərbi dairələrinin nümayəndələri etiraz edib.
Qəzetin mənbəyi Strnadın sahib olduğu Czechoslovak Group (CSG) sənaye holdinqinin narahatlıq doğuran “hücumçu” strategiyasına diqqət çəkib. Keçmişdə Fransa hakimiyyəti ona KNDS-də azlıq payının alınmasına artıq imtina etmişdi. Konsern isə sursat istehsalını inkişaf etdirməkdə davam edib və mayda Cənubi Afrikanın Reunert şirkəti ilə elektron detonatorlar istehsal edəcək Fuchs Electronics Europe birgə müəssisəsinin yaradılması barədə razılığa gəlib.
