19
ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsinin sədri, Ohayo ştatından olan Cim Cordan yeni çağırışda respublikaçı azlığın lideri seçilib.
Ucnoqta.az xəbər verir ki, Axios portalının məlumatına görə, qapalı səsvermə zamanı Cordanın namizədliyini Respublikaçılar Partiyasının 106 üzvü dəstəkləyib. Hazırkı respublikaçı çoxluğun lideri, Luiziana ştatını təmsil edən Stiven Skalis isə 73 səs toplayıb.
