22
Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-a dövlət səfərinə yola düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, Çin lideri çərşənbə günü günün ikinci yarısında Pekindən xüsusi təyyarə ilə yola çıxıb.
Si Cinpini səfər zamanı həyat yoldaşı Penq Liyuan, Çinin xarici işlər naziri Van İ, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Tsay Tsi və digər rəsmi şəxslər müşayiət edir.
