27
İsrail ordusu Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının maliyyə departamentinin rəhbəri Məhəmməd Əbu Əlvanın öldürüldüyünü açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında bildirilib.
Məlumata görə, əməliyyat Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərində həyata keçirilib.
Bəyanatda İsrailin HƏMAS komandirləri və döyüşçülərini izləməyə, hərəkatın maliyyə mənbələrinə qarşı mübarizə aparmağa və onun hərbi infrastrukturunu məhv etməyə davam edəcəyi qeyd olunub.
İsrail tərəfi HƏMAS-ın Qəzza zolağında yenidən güclənməsinə imkan verməyəcəyini və hərbi əməliyyatların davam etdiriləcəyini bildirib.
