28
İndoneziyada Anak-Krakatau vulkanının püskürməsi ilə bağlı material hazırlayan beş jurnalist və üç ekipaj üzvünün olduğu qayıq itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, Kyodo agentliyinin yerli KİV-ə istinadən yaydığı məlumata görə, gəmi Yava və Sumatra adaları arasındakı boğazda yoxa çıxıb.
İtkin düşən jurnalistlərin Antara və Anadolu agentliklərinin əməkdaşları olduğu bildirilir.
Onların axtarışlarına sentyabrın 8-dən başlanılıb.
