32
Dubaydan Sankt-Peterburqa uçan təyyarədə sərxoş sərnişin qalmaqal yaradıb və ekipaj üzvlərinə hücum edib.
Ucnoqta.az xəbər verir ki, hadisə zamanı 27 yaşlı kişi aqressiv davranış nümayiş etdirib. Nəqliyyat polisi tərəfindən saxlanılan sərnişin təyyarə əməkdaşlarının dəfələrlə xəbərdarlığına məhəl qoymayıb.
Məlumata görə, o, stüardessalarla əvvəlcə mübahisə edib, daha sonra onların üzünə və qarın nahiyəsinə zərbələr endirib.
Sərnişin təyyarə eniş etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq növbətçi hissəyə aparılıb. Faktla bağlı cinayət işi açılıb.
