23
7 sentyabrda Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları mina təmizləmə təlimlərində iştirak etmək üçün Rusiyaya hərbçiləri göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.
Xəbər agentliyinin məlumatına görə, təlimlər 12 sentyabra qədər davam edəcək. Bu, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) genişləndirilmiş Müdafiə Nazirləri Görüşünün ekspert işçi qrupunun tədbiridir.
Təlimlər bir neçə ölkənin silahlı qüvvələri tərəfindən keçirilir. Onların məqsədi partlayıcı sursatların olduğu ərazilərdə təhlükəsizlik bacarıqlarını artırmaqdır. Onlar mexaniki mina təmizləmə, bomba zərərsizləşdirmə itlərindən istifadə və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi kimi üsulları tətbiq edirlər.
