21
ABŞ Prezidenti Donald Tramp Amerika silahlı qüvvələrinin Hörmüz boğazı ərazisində İrana məxsus yeni silah sistemlərini məhv etdiyini iddia edib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Onların Hörmüz boğazı boyunca qurmağa çalışdıqları bütün yeni avadanlıqları məhv etdik. Onların bir hissəsi müdafiə, digər hissəsi isə hücum məqsədli idi”, – deyə ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, İran radarları və raket qurğularını bərpa etməyə çalışıb.
“Onlar bunları inşa edirdilər və tikintini demək olar ki, başa çatdırmışdılar. Buna görə də biz onları məhv etdik”, – deyə Tramp əlavə edib.
