34
İsrail Müdafiə Ordusu (İMQ) Livanın cənubunda şiə “Hizbullah” hərəkatının infrastruktur obyektlərinə yeni zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr Nəbətiyyə şəhəri ərazisinə endirilib. İsrail ordusu hücumların qarşısıalınmaz təhlükənin aradan qaldırılması məqsədi daşıdığını bildirib.
İsrail tərəfinin iddiasına görə, hücum “Hizbullah”ın silahlı dəstələrinin Livanın cənubunda, qondarma təhlükəsizlik zonasında yerləşən İsrail hərbçilərinin istiqamətində partlayıcı maddələrlə təchiz edilmiş iki PUA buraxmasına cavab olaraq həyata keçirilib.
