İran ABŞ-ın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyndə yerləşən hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
“İran ordusunun onlarla pilotsuz uçuş aparatı BƏƏ-dəki Əd-Dəfra və Əl-Minhad bazalarında radar sistemlərinə və ABŞ hərbçilərinin yerləşdiyi ərazilərə zərbələr endirib. Bəhreyndəki Şeyx-İsa bazasında radar obyektləri və ABŞ ordusunun qüvvələrinin toplanma mərkəzi yenidən PUA-ların kütləvi hücumuna məruz qalıb”, – deyə açıqlamada bildirilib.
Məlumatı İranın Tasnim agentliyi yayıb.
Bundan əlavə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Küveytdəki Əli əs-Səlim aviabazasına da zərbələr endirildiyini açıqlayıb.
