ABŞ Silahlı Qüvvələri İranın Hörmüz boğazı yaxınlığındakı obyektlərinə İranın boğazda mina yerləşdirmək üzrə “uğursuz cəhdi” və İordaniyadakı ABŞ hərbi bazasına hücumuna cavab olaraq zərbələr endirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.
“Hazırda ABŞ Hörmüz boğazı yaxınlığında İranın hədəflərinə zərbələr endirir. Bu zərbələr genişmiqyaslı və dağıdıcı xarakter daşıyır. Onlar iranlıların hazırda mina olmayan Hörmüz boğazında dəniz minaları yerləşdirmək üzrə uğursuz cəhdinə, eləcə də iranlıların İordaniyadakı hərbi bazamıza səkkiz raket atmasına cavabdır. Onların hamısı uğurla vurulub”, – deyə dövlət başçısı bildirib.
Tramp həmçinin bildirib ki, İran cavab tədbirlərinə əl atarsa, ABŞ ona qarşı daha genişmiqyaslı yeni zərbələr endirəcək.
