33
Bakının Nərimanov rayonunda marketdən oğurluq edən şəxs həbs edilib.
Ucnoqta.az Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında yerləşən “Bravo” marketdə baş verib.
Neftçala rayon sakini, 2002-ci il təvəllüdlü Şövqi Cahid oğlu Bağırov marketdən 450 manat dəyərində yeyinti məhsulları olan yağ oğurlayıb.
Bağırovun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə iş qaldırılıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 2 ay müddətinə inzibati qaydada həbs edilib.
