Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərində Starlink internet xidmətinə qoşulmaq üçün bütün avadanlıq dəstləri yüksək tələbat səbəbindən satılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gulf News məlumat yayıb.
Məlumata görə, BƏƏ-nin Telekommunikasiya və Rəqəmsal Hökumətin Tənzimlənməsi İdarəsi (TDRA) daha əvvəl “Starlink” şirkətinə ölkədə peyk rabitəsi xidmətləri göstərmək üçün 10 illik lisenziya verib.
Nəşr qeyd edir ki, ilk routerlər qısa müddətdə tamamilə satılıb. Hazırda Starlink dəsti almaq istəyənlər 285,71 dirhəm (təxminən 78 dollar) depozit ödəməli və gözləmə siyahısına yazılmalıdır.
Standart avadanlıq dəstinin qiyməti 1 465 dirhəm (təxminən 400 dollar), aylıq xidmət haqqı isə minimum 300 dirhəm (təxminən 82 dollar) təşkil edir.
