26
İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutadan iyulun sonlarında sərhədin kütləvi şəkildə keçilməsindən sonra cinayət törətmiş ən azı 100 qeyri-qanuni miqrant deportasiya edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes bildirib.
O, Cadena SER radiostansiyasına müsahibəsində deyib ki, kimliyindən, haradan gəlməsindən və hansı pasporta sahib olmasından asılı olmayaraq, qanunu pozan şəxslərə qarşı qanunvericiliyin bütün sərtliyi tətbiq olunur.
Sançes qeyd edib ki, İspaniya hökuməti miqrantların qəfil axınının səbəblərini araşdırmaqda davam edir.
Baş nazirin sözlərinə görə, hökumət Seutanın iqtisadiyyatına dəstək məqsədilə əlavə 168 milyon avro ayırmağı planlaşdırır.
