31
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri ölkənin ərazi suları üzərində İrandan buraxıldığı bildirilən bir pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi X-də məlumat yayıb.
Bildirilib ki, PUA ölkənin ərazi suları üzərində məhv edilib və onun İrandan gəldiyi müəyyənləşdirilib.
Qeyd olunub ki, BƏƏ Müdafiə Nazirliyi döyüş hazırlığı vəziyyətindədir, hava hücumundan müdafiə qüvvələri isə ölkənin hava məkanını sutka ərzində izləyir.
