ABŞ-ın İrana qarşı hərbi əməliyyatına başladıqdan sonra Yaxın Şərqi tərk edən amerikalı diplomatlar bölgədəki ABŞ səfirliklərinə geri qayıdırlar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ Dövlət Departamenti bu həftə Yaxın Şərqdə diplomatik əməkdaşların fəaliyyəti ilə bağlı bəzi məhdudiyyətləri aradan qaldırmağa başlayıb. Bununla belə, bölgədəki ABŞ diplomatik nümayəndəliklərinin əksəriyyəti hələlik tam heyətlə fəaliyyətə qayıtmağı planlaşdırmır.
Associated Press qeyd edir ki, bu addımlar Vaşinqtonun İranla bağlı münaqişəyə yanaşmasında dəyişikliklə mütləq əlaqəli deyil. Daha çox Dövlət Departamentinin diplomatik əməkdaşların təyinat yerlərindən kənarda qala biləcəyi müddəti məhdudlaşdıran kadr siyasəti ilə izah olunur.
